Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə iki monotamaşanın premyerası keçirilib

Naxçıvan Dövlət Kukla Teatrında iki monotamaşa — “Balaca Şahzadə” və “Məhv Olmuş Gəncliyim” tamaşaçılara təqdim olunub.
Teatrın direktoru və "İlk addım" monotamaşa layihəsinin rəhbəri Səyyad Məmmədov bildirib ki, bu layihə Naxçıvan Dövlət Kukla Teatrında monotamaşa janrının inkişafı üçün başlanğıc addımıdır və gələcəkdə davam etdiriləcək.Bu premyera teatrın yaradıcılıq istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Teatr yalnız uşaqlar üçün deil artıq gənclər üçün də yeni tamaşalar hazırlayaraq repertuar planını zənginləşdirir.
Səhnədə bir aktyorun ifasında təqdim edilən hər iki monotamaşa dərin məzmunu və emosional təsiri ilə seçilib. “Balaca Şahzadə” saf duyğular və mənəvi dəyərləri, “Məhv Olmuş Gəncliyim” isə həyatın reallıqları və gənclik axtarışlarını əks etdirib.
Hər iki tamaşa izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.