Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə əlcək üslubunda tamaşa nümayiş olunub.

Zahid Xəlilin “Güzgü” əsəri balaca tamaşaçıların böyük marağına səbəb olub, izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Dostluq, birlik, mehribanlıq və qarşılıqlı anlayış kimi mənəvi dəyərləri aşılayan tamaşa sehrli güzgü ətrafında cərəyan edən maraqlı hadisələr üzərində qurulub. Rəngarəng kuklalar, dinamik səhnə həlli və axıcı dramaturji xətt tamaşanı həm əyləncəli, həm də tərbiyəvi baxımdan təsirli edib.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Naxçıvan Əməkdar rəssamı Rafael Qədimov, musiqi tərtibatçısı isə Əli Məmmədovdur.
Yeni üslubda hazırlanan bu səhnə işi Naxçıvan Dövlət Kukla Teatrında yaradıcı yeniliklərin uğurla tətbiq olunduğunu göstərir. Tamaşaçıların müsbət rəyləri “Güzgü” tamaşasının gələcək repertuarda da xüsusi yer tutacağını deməyə əsas verir.