Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” 3 fevral 2023-cü il tarixdə imzaladığı Sərəncamın icrası ilə bağlı bir sıra bölgə teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyalarının yaradılmasına başlanılıb.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyası yaradılıb. Teatr-studiyasinin rəhbəri teatrın ədəbi dram hissəsinin rəhbəri Durna Təhməzovadır.
“Sınaq” teatr-studiyasına qəbul olunan hər bir gənc burada bir tədris ili müddətində “Aktyorluq sənəti”, “Kuklalarla təlim texnikası”, “Səhnə danışığı”, “Plastika və ritmika”, “Teatr tarixi və nəzəriyyəsi” ixtisaslarından biliklərə yiyələnəcəklər. “Sınaq” teatr-studiyasında dərslər peşəkar ixtisaslı müəllimlər tərəfindən aparılacaqdır. Tədris müddətində Türkiyədən ustad dərsləri keçmək üçün mütəxəssislər dəvət olunacaq. Keçiriləcək dərslərin sonunda kursu uğurla bitirən müdavimlərə sertifikatlar veriləcək və onların iştirakı ilə hazırlanan tamaşa teatrın repertuarına salınacaq. Teatr-studiyasına qeydiyyat sentyabr ayının 13-dək aparılır. Dərslər sentyabr ayının 15-dən başlayacaq. “Sınaq” teatr-studiyasının tədris prosesində iştirak etmək istəyənlər M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrına müraciət edə bilərlər.
Telefonlar – (036) 545-34-23, (036) 545-59-49
Whatsapp- 050-548-39-20
Müraciətin son günü sentyabrın 13-dür.