Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrı 2025–2026-cı il teatr mövsümünü "Hamlet" tamaşası ilə başa vurdu

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2025–2026-cı il teatr mövsümünün son tamaşası olaraq Uilyam Şekspirin "Hamlet" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.

Tamaşadan əvvəl çıxış edən teatrın direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev mövsüm ərzində teatrın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 2025–2026-cı il mövsümündə teatr yeni səhnə əsərlərini tamaşaçılara təqdim etməklə yanaşı, ölkədaxili və beynəlxalq layihələrdə, festivallarda uğurla təmsil olunub, qastrol səfərləri həyata keçirib və bir sıra mədəni əməkdaşlıqlara imza atıb.

Qeyd olunub ki, teatr yaradıcı ənənələrini qorumaqla yanaşı, klassik və müasir dramaturgiyanın nümunələrini səhnələşdirərək repertuarını daha da zənginləşdirib. Mövsüm ərzində keçirilən tədbirlər və beynəlxalq festival iştirakları kollektivin peşəkarlığını bir daha nümayiş etdirib.

Çıxışdan sonra nümayiş olunan "Hamlet" tamaşası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Bununla da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2025–2026-cı il teatr mövsümünü uğurla yekunlaşdırıb.