Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrı Akademik Milli Dram Teatrında yeni mövsümün açılışında iştirak edib

13 sentyabrda Akademik Milli Dram Teatrı 153-cü teatr mövsümünü təntənəli mərasimlə açıq elan edib. Tədbirdə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov, yaradıcı heyət, teatr ictimaiyyəti, rəsmilər və tamaşaçılar iştirak ediblər.
Mərasim Ümummilli Lider Heydər Əliyevin teatr haqqında fikirlərinin səslənməsi ilə başlayıb. Çıxışlarda Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə göstərdiyi diqqət və qayğı vurğulanıb.
Tədbirdə İntiqam Babayev və Xalq artisti Hacı İsmayılov yeni mövsüm münasibətilə təbriklərini çatdırıblar. Daha sonra musiqi proqramı təqdim olunub, Xalq artisti Azər Zeynalov, “Kaman” rəqs qrupu, Aynur İsgəndərli və Əməkdar artist Bəyimxanım Vəliyeva çıxış ediblər.
Gecə müxtəlif teatrların səhnələşdirdiyi tamaşalardan parçaların nümayişi ilə davam edib.