Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrı Akçaabatda böyük maraqla qarşılanıb


Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Trabzon vilayətinin Akçaabat bələdiyyəsi tərəfindən təşkil olunan VI Açıq Hava Teatr Günləri çərçivəsində uğurla çıxış edib. Festival 3–9 iyul tarixlərində Akçaabat Sahilpark Festival Meydanında keçirilir və müxtəlif şəhərlərdən teatr kollektivlərini bir araya gətirir.

Teatr kollektivi yazıçı Balaxan Nəzərlinin "Gəmi batır" əsəri əsasında, əməkdar artist Səməd Canbaxşiyevin quruluşunda hazırlanan eyniadlı tamaşanı tamaşaçılara təqdim edib.

Tamaşada rolları Səməd Canbaxşiyev və Ləman Vəliyeva ifa ediblər. Səhnə və musiqi tərtibatı da Səməd Canbaxşiyevə məxsusdur.

Qara dəniz sahilində, açıq havada qurulan səhnədə nümayiş etdirilən tamaşa Akçaabat sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər aktyorların peşəkar ifasını sürəkli alqışlarla qiymətləndirib, tamaşa festivalın yaddaqalan səhnə əsərlərindən biri kimi diqqət çəkib.

Naxçıvan Dövlət Milli Dram Teatrının beynəlxalq teatr festivalındakı uğurlu çıxışı Azərbaycan teatr sənətinin ölkə hüdudlarından kənarda tanıdılması və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.