Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ana” tamaşasını nümayiş etdirib

Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında oktyabrın 26-da ilk qastrol səfəri reallaşıb. Qastrol çərçivəsində Naxçıvan teatrının kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü ərəfəsində təşkil olunan tədbirdə sənətsevərlərə və qonaqlara ilk olaraq ədibin həyat və yaradıcılığı ilə bağlı virtual sərgi təqdim olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Naxçıvan teatrının zəngin ənənələrə malik köklü bir sənət məbədi olduğunu vurğulayıb. O, teatrın keçdiyi şərəfli inkişaf yolundan və milli teatr sənətindəki müstəsna mövqeyindən söz açıb, eyni zamanda müasir tələblərə cavab verən səhnə əsərlərinin təqdim olunmasını təqdirəlayiq hal kimi qiymətləndirərək kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Naxçıvan teatrı paytaxt tamaşaçılarına Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib. Səhnə işinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova, musiqi rəhbəri isə Hüseyn Nağıyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında Hüseyn Nağıyevin rəhbərliyi ilə üç fərqli və müasir versiyada hazırlanaraq təqdim edilib.

Səhnə əsərində Xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış ediblər.

Təntənəli gecənin yekununda hər iki teatrın rəhbərliyi bir-birinə qarşılıqlı uğurlar arzulayaraq bu əməkdaşlığın gələcək birgə layihələr üçün möhkəm təməl olduğunu bildiriblər. Sənət ocaqları arasında dostluq və həmrəylik rəmzi olaraq xatirə hədiyyələri təqdim olunub.