Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrı Bakıda keçirilən tədbirdə təltif edilib.

Naxçıvan Dövlət Milli Dram Teatrı teatr sənətinin fəal təbliğindəki xidmətlərinə görə növbəti uğura imza ataraq Fəxri Fərmanla mükafatlandırılıb. Təltifetmə mərasimi iyulun 20-də Bakıda, Azərbaycan Milli Mətbuatının 151-ci ildönümünə həsr olunmuş tədbirdə reallaşıb.

Tədbir Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə teatr xadimləri, ölkə teatrlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər. Çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov milli mətbuatımızın inkişaf yolundan bəhs edərək iştirakçıları təbrik ediblər. Ardınca teatr sənətinin təbliğində xidmətləri olan mütəxəssislərə,  teatr təmsilçilərinə Fəxri fərmanlar, "İttifaqın dostu" diplomu və "Teatr fədaisi" medalları təqdim olunub. Əlamətdar gün milli mətbuatın keçmişini və bu gününü əks etdirən videoçarxın nümayişi və gənc müğənnilərin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.