Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrında Hüseyn Cavidin “Ana” əsərinin ictimai baxışı keçirilib

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında dahi dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın ictimai baxışı baş tutub.
Tamaşa teatrın bədii şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və bədii dəyərinə, rejissor həlli ilə fərqlənən səhnə quruluşuna görə teatrın daxili repertuarına qəbul olunub. Əsər 24 oktyabr saat 17:00-da, Hüseyn Cavidin anım günü münasibətilə tamaşaçılara təqdim ediləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova, musiqi rəhbəri isə Hüseyn Nağıyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında, Hüseyn Nağıyevin rəhbərliyi ilə üç fərqli və müasir versiyada hazırlanıb.
Əsərdə xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış edirlər. Aktyorların səmimi və emosional ifası əsərin dərin mənəvi-əxlaqi məzmununu tamaşaçılara təsirli şəkildə çatdırır.
Qeyd edək ki, “Ana” tamaşası 2025-ci il üzrə Naxçıvan Dövlət Milli Dram Teatrının hazırladığı yeddinci uğurlu səhnə əsəridir.