Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrında Əməkdar artistlərin yubileyləri qeyd olunub

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artistləri Nazlı Hüseyinquliyevanın 65, Əbülfəz İmanovun isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Yubiley gecəsinin açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Piri Nağıyev sənətkarları təbrik edərək, onların Azərbaycan teatr sənətinə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirib və Mədəniyyət Nazirliyinin “Fəxri Fərmanı”nı təqdim edib.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrının repertuarında yer alan və yubilyar aktyorların parlaq çıxışları ilə yadda qalan tamaşalardan seçilmiş səhnələr nümayiş olunub. Bu parçalar aktyorların peşəkarlığını və teatr sənətinə olan böyük sevgisini bir daha tamaşaçılara və tədbir iştirakçılarına çatdırıb.
Tədbirin sonunda çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov yubilyarları səmimi qəlbdən təbrik edərək, onlara Naxçıvan Dövlət Milli Dram Teatrının “Fəxri Fərmanı”nı təqdim edib. O, çıxışında qeyd edib ki, Nazlı Hüseyinquliyeva və Əbülfəz İmanovun uzun illər ərzində göstərdikləri sənət fəaliyyəti, onların peşəkarlığı və səhnəyə olan məsuliyyəti gənc nəsil aktyorlar üçün örnəkdir.
Bu yubiley tədbiri bir daha sübut etdi ki, Azərbaycan teatr sənətində silinməz iz qoyan sənətkarların əməyinə verilən dəyər, onların sənətə olan sevgisi ilə birləşərək milli mədəniyyətimizin inkişafına töhfə verir.