Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Milli Dram Teatrının monotamaşası Vanda nümayiş olunub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında hazırlanan “Gəmi batır” adlı monotamaşa Türkiyənin Van şəhərində keçirilən II Van Beynəlxalq Monotamaşalar Festivalında iştirak edib.
Balaxan Nəzərlinin “Gəmidə batan” hekayəsi əsasında Səməd Canbaxşiyevin səhnələşdirdiyi tamaşa festivalda ilk premyerasını edib. İzləyicilərin marağına səbəb olan monotamaşada gəmidə çalışan müəllimin fırtına zamanı yaşadığı həyəcan və qorxu dolu anlar təsvir olunub.
Süjetə görə, iş axtaran müəllim təsadüfən yük gəmisində iş tapır. Lakin dənizçiliyin qaydalarını bilmədiyi üçün düşdüyü ilk fırtınada həyatı təhlükə ilə üzləşir. Tamaşada müəllim obrazını ifa edən Səməd Canbaxşiyev həm də əsərin rejissoru kimi çıxış edib.
Qeyd edək ki, “Gəmi batır” monotamaşası Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün hazırlanıb və ilk dəfə məhz Vanda nümayiş olunub.