
Əziz dostlar, dəyərli tamaşaçılar! Naxçıvan Dövlət Milli Dram Teatrının OKTYABR ayı üzrə repertuar planını sizə təqdim edirik:
Biletləri onlayn iticket.az saytından və ya teatrın kassasından əldə edə bilərsiniz.
www.millidramteatr.com
+994 50-671-78-43
Teatrda Davranış Qaydaları:
Vaxtında gəlin – Tamaşadan öncə yerinizi tutun ki, nə siz narahat olun, nə də digərləri.
Telefonları səssizə alın – Tamaşaya telefon səsi qarışmasın!
Səssiz olun – Aktyorların və tamaşaçıların diqqətini yayındırmayın.Doğru zamanda alqışlayın – Ən gözəl təşəkkür, sonda və xüsusi anlarda edilən alqışdır!
Zala qida məhsulları ilə daxil olmayın – Teatrın ab-havasını qoruyun.
Giriş-çıxış qaydalarına əməl edin – Tamaşa zamanı zalı tərk etməyin, məcbur qalsanız, sakit və ehtiyatlı olun.
Teatr yalnız səhnədə deyil, həm də zalda bir mədəniyyətdir!