Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvan Dövlət Universitetində “Açıq mikrofon” layihəsi üzrə onuncu görüş keçirilib

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Açıq mikrofon” layihəsi üzrə ali təhsil ocağının tələbə və müəllimləri, eləcə də mədəniyyət ictimaiyyəti ilə görüşüb.

Tədbirdən öncə Naxçıvan Dövlət Universitetinin Konservatoriyası ilə tanışlıq olub.

Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Naxçıvanda musiqi mədəniyyətinin inkişafı istiqamətində görülən işlərdən, Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. O, mədəniyyət və təhsil müəssisələri arasında əməkdaşlığın, xüsusilə qarşılıqlı kadr təminatının vacibliyini vurğulayıb. Ölkənin müxtəlif bölgələrindən olan gənclərin Naxçıvan Dövlət Universitetini seçdiyini bildirən rektor universitet məzunlarının Mədəniyyət Nazirliyinin sistemində işlə təmin olunması məsələsinin də əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətin yeni inkişaf mərhələsinə yüksəldiyindən, xüsusilə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə görülən işlərdən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi fəaliyyəti və həyata keçirilən layihələr, mədəniyyət müəssisələrində informasiya texnologiyalarının tətbiqi, xüsusilə də  Mədəniyyət Konsepsiyasının icrası barədə barədə məlumat verilib.  Bildirilib ki, Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, kadr hazırlığı, məzunların nazirlik sistemində işlə təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir. 

Həmçinin görüşdə Naxçıvanda Mədəniyyət Forumunun təşkil olunacağı, “Mədəniyyət könüllüləri” layihəsinə start veriləcəyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə muğam müsabiqəsinin keçiriləcəyi diqqətə çatdırılıb. 

Sonra görüş iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.