Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivi və “Buta Naxçıvan” xalq çalğı alətləri ansamblı Şəkidə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tamaşaçılar qarşısında çıxış edib

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhərindəki Səməd Vurğun adına Folklor Evində təşkil olunan konsert proqramında kollektivlər milli musiqi və rəqs nümunələri ilə çıxış ediblər. Tədbirdə təqdim olunan musiqi nömrələri, həmçinin ifaçıların səsləndirdiyi vətənpərvərlik ruhlu mahnılar tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycanımızın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəkidə təqdim edilən konsert proqramı bölgələr arasında mədəni əməkdaşlığın genişləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə xidmət edib.