Naxçıvan Dövlət Xalça Muzeyinin fəaliyyətə başlamasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan Kamil Əliyev adında Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova qeyd edib ki, qədim tarixi və zəngin mədəniyyəti olan Naxçıvan həm də bu mədəniyyətə qiymətli töhfələr vermiş xalçaçılıq ənənələri ilə seçilir. Regionun əlverişli iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi bu ərazidə bir çox sənət sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etməsində əhəmiyyətli rol oynayıb.
Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalareyasının direktoru Hökümə Məmmədli çıxış edərək bildirib ki, Azərbaycanın qədim diyarı Naxçıvan memarlıq, incəsənət məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də tanınıb. Bu gözəl və füsunkar təbiətli yurdumuzda xalça toxuma sənəti uzaq keçmişdən inkişaf edib. Tarixən Azərbaycan xalçaçılıq məktəbinə mühüm töhfələr vermiş Naxçıvan xalçaçılıq sənəti bu gün də öz ənənəviliyini qoruyaraq milli mədəniyyətimizin inkişafında əvəzolunmaz rol oynayır.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxışında xalçaların incəsənətimizdəki rolundan danışıb, xalçalarımızda əks olunan zərif və nəfis naxışların, rənglərin, ornomentlərin tarixi keçmişimizdən gələn namələr olduğunu bildirib.
Muzeyin kiçik elmi işçisi Xavər Məmməd Xalq rəssamı, professor Kamil Əliyevin həyat və yaradıcılığından bəhs edib.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.