
11 iyun 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvanın İstedadları” İncəsənət Festivalının II mərhələsi keçirilib. Festivalda saz, fortepiano, tar, kamança, skripka, qarmon, qanun, xanəndəlik nominasiyaları üzrə baxış keçirilib. Qeyd edək ki, II mərhələdə uğur qazanan namizədlər final mərhələsinə vəsiqə qazanıb.
Festival muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, müvafiq sahə üzrə uşaq və yeniyetmələrin istedadlarının aşkara çıxarılması, şagirdlərin Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə olan marağının və fərdi musiqi bazasının daha da artırılması, gələcək peşəkar səhnə təcrübəsinin uşaq və yeniyetməlik yaşlarından aşılanması məqsədi ilə keçirilir.