Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan kitabxanaçıları Bakıda təcrübə proqramında iştirak ediblər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kitabxana sistemində çalışan əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə 29-30 aprel – 01 may 2026-cı il tarixlərində Bakı şəhərinə ezamiyyə təşkil olunub.
Ezamiyyə çərçivəsində əməkdaşlar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər aparıcı kitabxanalarda təcrübə keçiblər. Onlar bu müəssisələrin iş prinsipləri, müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və oxuculara göstərilən xidmətlərin təşkili ilə yaxından tanış olublar.
Təcrübə müddətində elektron kataloq sistemləri, rəqəmsal resurslardan istifadə imkanları, oxucu məmnuniyyətinin artırılması istiqamətində tətbiq olunan yeniliklər və qabaqcıl iş metodları barədə ətraflı məlumat verilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Belə ezamiyyələrin təşkili region kitabxanalarında xidmət keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.