
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, 2026-cı ilin dekabr ayından etibarən muxtar respublikanın bütün kitabxanalarında hər ayın ikinci və dördüncü həftələrinin şənbə günləri, saat 10:00-dan 12:00-dək “Kitab müzakirəsi günləri” keçiriləcək.
Oxucuların yaş xüsusiyyətləri və maraq dairələri, eləcə də təqvimdəki əlamətdar günlər nəzərə alınmaqla, müzakirə üçün iki yerli və ya xarici ədəbiyyat seçiləcək. Müzakirələr ictimaiyyətə açıq olacaq, yerli yazarların, ədəbiyyatşünasların, müəllimlərin və fəal oxucuların iştirakı təmin ediləcəkdir.
Layihənin əsas məqsədi əhali arasında mütaliə mədəniyyətini inkişaf etdirmək, gənclərin və yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, eləcə də kitabxanaların ictimai-mədəni mərkəz kimi fəaliyyətini gücləndirməkdir.