Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

“Naxçıvan Maarifi” sənədli- bədii filminin təqdimatı keçirilib

Heydər Əliyev Sarayında keçirilən təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.
Təqdimatı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərin mühüm, tarixi xidmətlərinin nəticəsidir ki, bu qədim diyarda elmi, ədəbi, mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunə rolunu oynamışdır.
Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Elxan Nəcəfov bildirib ki, regionda maarifçi hərəkatın öyrənilməsi, onun verdiyi bəhrənin üzə çıxarılması, burada xalq maarifinin və məktəbin vəziyyətinin, onun mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin üzə çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Bu isə ölkə pedaqoji fikir tarixinin zənginləşməsini təmin edir, qazanılmış müsbət təcrübədən, mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan verir.
Təqdimatda çıxış edən fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda  maarifçi  hərəkat  yüksək  səviyyəyə  qalxmış,  elm  və təhsildə böyük uğurlar əldə edilmişdir. Naxçıvan maarifçiləri tək bir sinfin  deyil, bütün millətin  adından,   cəmiyyət həyatını  yaxşılaşdırmağa səy göstərmişlər.
Sonra Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş olunub.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və rəhbəri Aydın Talıbov çıxış edərək qeyd edib ki, “‘Naxçıvan maarifi’ filmi bizim üçün sadəcə bir mədəni layihə deyil – bu, Veysəloğlu Şirkətlər Qrupunun strateji baxışının, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyinin ifadəsidir.
Bu film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır.
Sonra “Naxçıvan Maarifi” sənədli- bədii filmi nümayiş olunub.