Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynovun tələbələrinin iştirakı ilə sinif konserti keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynovun tələbələrinin iştirakı ilə sinif konserti keçirilib.
Konsert proqramı orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Hakim Məmmədlinin və Azərbaycan Respublikasının Əməkdar Artisti Elman Əliyevin rəhbərliyi ilə təqdim olunub.
Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə tələbələri Murad Babazadə, Murad Rzayev, Emil Hacıyev, Xumar Abbasova, Hüseyn Məmmədli, Xəyal Cəfərov, Yusif Əkbərov, İlham Əhmədov, Bayram Hüseynov, eləcə də Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynovun ifalarında “Çahargah rapsodiyası”, “Bakı”, “Daimi hərəkət”, “Şahnazsayağı”, “Vətənimdir”, “Orgiya”, “Çardaş”, “Rondo” və digər musiqi nömrələri səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.