“Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ənaparlaq1məqamlarından1oldu”.
Bu fikirlər oktyabrın 14-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə keçirilən “Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı” mövzusunda tədbirdə səsləndirilib.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli bildirib ki, keçən müddət ərzində ölkəmizdə demokratik inkişaf yolunda sistemli tədbirlər və çoxvektorlu dövlət siyasəti həyata keçirilib, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirimişdir. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “20 illik uğurlu siyasətin tarixi”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Tarix yazan lider” və 3 №-li Mədəniyyət Evinin mədəni təşkilatçısı Jalə İbrahimova “Azərbaycan mədəniyyətinin inkişafında İlham Əliyev mərhələsi” adlı mövzularla çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentlik dövrünün 20 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.
Tədbirin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş sənədli filmə və “Tarix yazan Lider” başlıqlı sərgiyə baxış olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
14.10.2023