Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvan Muxtar Respublika Kitabxanasının iş saatları tələbələrin tələbatına uyğun olaraq yenilənib

Noyabrın 13-dən etibarən Naxçıvan Muxtar Respublika Kitabxanası bazar ertəsi istisna olmaqla, şənbə və bazar günləri saat 09:00-21:00, digər günlər isə saat 09:00-dan 22:00-dək fəaliyyət göstərəcəkdir.
Məlumat üçün bildirək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublika Kitabxanası saat 20:00-a kimi fəaliyyət göstərirdi. Lakin son dövrlər kitabxanaya müraciət edən oxucuların, xüsusilə də tələbələrin sayı artıb. Tələbələrin dərs saatlarından sonra, eləcə də imtahan və sessiya dövrlərində kitabxanadan rahat istifadə etmək istəyi iş rejiminin dəyişdirilməsini zəruri edib.
Yeni iş saatlarının müəyyənləşdirilməsi oxuculara kitabxanadan uzun müddət istifadə etmək, xüsusilə də gənclərə və tələbələrə kitabxana xidmətlərindən daha rahat yararlanmaq imkanı yaradacaq, kitabxana müasir informasiya və mədəniyyət mərkəzi kimi fəaliyyətini gücləndirəcəkdir.