Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə qeydiyyat başlayıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini elan edir.

Müsahibədə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış namizədlər və müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrində pedaqoji iş aparan və ən azı 3 (üç) il iş təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan sənədləri 10 (on) iş günü ərzində (27 iyul 2024-cü il tarixədək) Nazirliyə təqdim edə bilərlər.

-       Şəxsiyyəti təsdiq edən sənədin surəti

-       Ali (və ya orta ixtisas) təhsilə dair dövlət nümunəli təhsil sənədinin (diplom) surəti

-       Çalışdığı ali təhsil müəssisəsindəki iş stajını təsdiq edən sənədin sürəti

-       2 ədəd 3x4 fotoşəkil

Namizədlər işə qəbul qaydaları, müsahibə proqramları və vakant yerlər ilə Nazirliyin nculture.gov.az saytında işə qəbul bölməsinə daxil olaraq tanış ola bilərlər.

Keçid linki: https://nculture.gov.az/i-s-q-bul

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edəcək namizədlərin qrafiki qeydiyyat başa çatdıqdan sonra elan olunacaq.