Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Zəfərdən gələcəyə” sosial çarx müsabiqəsi elan olunub

Noyabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunan “Zəfərdən gələcəyə” adlı sosial çarx müsabiqəsi elan edilib.

Müsabiqənin əsas məqsədi Azərbaycan xalqının Zəfər salnaməsinin, milli-mənəvi dəyərlərinin, qəhrəmanlıq tarixinin və azadlıq ideyalarının təbliğ etmək, gənclər arasında vətənpərvərlik hisslərini gücləndirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialının inkişafına dəstək olmaqdır. Təqdim olunacaq sosial çarxlar Vətənə məhəbbət və milli birlik, Azərbaycanın tarixi Zəfəri və qəhrəmanlıq salnaməsi, şəhidlərin əziz xatirəsi, qazilərin şücaəti, milli-mənəvi dəyərlər və Azərbaycan dövlətçiliyi mövzularını əhatə etməlidir.

Müsabiqədə 18–35 yaş arası Azərbaycan Respublikası vətəndaşları, eləcə də ölkəmizdə təhsil alan əcnəbi tələbələr iştirak edə bilərlər. Hər müəllif müsabiqəyə ən çoxu üç sosial çarx təqdim edə bilər. Çarxlar əvvəllər yayımlanmamalı, müsabiqə dövründə istehsal edilməli və müddəti bir dəqiqəni keçməməlidir.

İştirak üçün tələb olunan sənədlər və sosial çarxlar 2027-ci il yanvarın 22-dək Naxçıvan Dövlət Film Fondunda qəbul ediləcək. Müraciət edənlər Təşkilat Komitəsinin adına ərizə və sosial çarxı USB yaddaş qurğusu, CD, DVD və ya digər rəqəmsal daşıyıcıda təqdim etməlidirlər.

Sənədlər Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında, Heydər Əliyev Sarayında qəbul olunur. Əlavə məlumat üçün naxfilm@mail.ru elektron poçt ünvanına müraciət etmək mümkündür.

Müsabiqədə I, II və III yerlər müəyyən ediləcək. Qaliblər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.

Daha ətraflı linkdən tanış ola bilərsiniz: Əsasnamə