Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində Kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının 2025 – ci il üçün iş planına əsasən Nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
Kollegiyada Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov 2025-ci ilin I rübü ərzində görülən işləri təhlil edib.
Nazirlik aparatının əməkdaşları tərəfindən Ordubad Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 2024-cü il üçün kadr və kargüzarlıq işinin vəziyyəti haqqında, Nazirliyin sistemində olan uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində şagird kontingentinin balanslaşdırılması haqqında və Nazirlik sistemində olan klub müəssisələrinə metodiki köməkliyin göstərilməsi sahəsində işin qurulması və mövcud vəziyyət haqqında ətraflı məlumat verilib.
Sonda Mədəniyyət və incəsənət müəssisələrində müəssisədaxili nizam-intizam qaydaları təsdiq edilib.