Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilib

Naxçıvan Muxtar respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Nazirlik tərəfindən   “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.
Nazir müavini qeyd edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi”  təsdiq edilmişdir.  Qoruğun ərazisi 240.06 ha, mühafizə zonası 11.81 ha olmaqla ümumilikdə 251.87 ha ərazini əhatə edir. Qoruq ərazisində 1-i dünay, 1- ölkə, 218-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilmişdir.
Nazir müavini vurğulayıb ki, Qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa-konservasiyası istiqamətində işlər aparılır.  Qoruğun inzibati binası üçün nəzərədə tutulan “Ərbabın iş yeri” tarixi binanın və Sərşəhər meydanında yerləşən Sərşəhər Məscidinin bərpası ilə bağlı layihələndirmə işləri aparılmış, hazırda Mədrəsə binasının bərpası ilə bağlı layihələndirmə işləri və “Ərbabın iş yeri” tarixi binanın bərpası istiqamətində satınalmalar keçirilir.