
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Uşaq hüquqları haqqında Konvensiya”nın qəbul edilməsinin ildönümü münasibəti ilə Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq, musiqi , incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinə maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Aparatının Hüquqşünası Ülvi Vəliyev şagirdlərə Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun maddələrini – yaşamaq hüququ, həyat və sağlamlığının mühafizəsi hüququ və bir sıra maddələri slaytlar vasitəsi ilə izah etmiş, həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri haqqında onlara məlumat vermişdir.
Tədbir zamanı “Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət açılmışdır.
Sonda şagirdlərin sualları cavablandırılmışdır.