Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsi: mövcud vəziyyət və inkişaf hədəfləri mövzusunda konfrans keçirilib

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, muxtar respublikanın kitabxana şəbəkəsi artıq ənənəvi kitabxanaçılıqdan müasir informasiya mərkəzlərinə keçidin həlledici astanasındadır. O, kadr potensialının texnoloji yeniliklərlə uzlaşdırılmasının, xüsusilə KOHA kimi qabaqcıl Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqinin və peşəkar attestasiya prosesinin kitabxana xidmətini beynəlxalq standartlara çatdıracağını vurğulayıb.
Konfransda Nazirliyin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsi: mövcud vəziyyət və inkişaf hədəfləri” mövzusunda təhlili təqdimatla çıxış edib. Məruzədə 194 kitabxananı əhatə edən şəbəkənin fəaliyyəti, kadr təminatı və fondların vəziyyəti ətraflı təhlil olunub.Təqdimat zamanı kitabxana sisteminin qarşılaşdığı əsas çağırışlar – ixtisaslı kadr çatışmazlığı və texnoloji infrastrukturun modernləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, “Azərbaycan Mədəniyyəti-2040” Konsepsiyasında təsbit olunan strateji hədəflərə uyğun olaraq, kitabxanaların sürətli internet şəbəkəsi ilə təmin edilməsi və açıq mənbəli KOHA sisteminə inteqrasiyası prioritet vəzifədir. Bu addımların kargüzarlıq işlərini optimallaşdıracağı, şəffaflığı artıracağı və mədəni irsin rəqəmsal formatda gələcək nəsillərə ötürülməsini təmin edəcəyi bildirilib.
Konfransda, həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorlarının 2026-cı ilin birinci yarısında rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti haqqında hesabatları dinlənilib.
Sonda konfrans iştirakçıları tərəfindən kitabxana işinin innovativ yanaşmalarla zənginləşdirilməsi, oxucuların informasiya ehtiyaclarının keyfiyyətli qarşılanması və mədəniyyət siyasətinin icrasında kitabxanaların rolunun gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.