Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üçün müsabiqənin müsahibə mərhələsi keçirilib

Ölkədə ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilmiş müsabiqənin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu üçün müsahibə mərhələsi baş tutub. Müsabiqənin test mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən, müsahibə mərhələsi isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təyin olunmuş komissiya üzvlərinin iştirakı ilə keçirilib. Müsabiqənin test mərhələsində 64 nəfər namizəd iştirak edib. Onlardan 13 nəfər müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılıb.
Müsahibə mərhələsində 11 nəfər namizəd iştirak etmiş, 20-30  dəqiqə ərzində namizədlərin pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları,  komissiya tərəfindən verilən əsərin üzdən oxunması və təhlili, müvafiq alətin (sənətin) ifaçılıq məktəbi ənənələri, musiqi nəzəriyyəsi və tarixi üzrə biliklər, yaradıcı xüsusiyyətləri, özünüifadə, ünsiyyət bacarıqları  və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılıb. Komissiya üzvləri müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 2-10  ballıq sistem əsasında qiymətləndirib. Namizədlər meyarlara uyğun olaraq komissiya tərəfindən minimum 30 balla qiymətləndirildikdə  bu mərhələni uğurla keçmiş sayılıb.
Məlumat üçün qeyd edək ki, müsahibənin nəticələri yaxın günlərdə nculture.gov.az saytında yerləşdiriləcək.