Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu üçün müraciət elan olunur

Qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında həyata keçiriləcək. Qəbul üçün müraciətlər 16 fevral – 18 mart 2026-cı il tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.
Qəbul prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
•  müraciət
•  qabiliyyət qiymətləndirilməsi
•  ixtisas və məktəb seçimi
•  yerləşdirmə və sənəd qəbulu

İmtahanların konkret tarixləri və  keçirilmə məkanı barədə məlumat namizədlərə şəxsi kabinet, elektron poçt və SMS bildiriş xidməti vasitəsilə təqdim ediləcək.
Qəbul aşağıdakı istiqamətlər üzrə aparılır:
•  musiqi
•  rəssamlıq
•  xoreoqrafiya
Namizədlər elektron müraciət zamanı həm ixtisas istiqamətini, həm də imtahan vermək istədikləri ərazini (şəhər və ya rayon) seçə bilərlər.
I sinfə qəbul üzrə yaş hədləri (dövlət sifarişli yerlərə) 
7 illik təhsil üzrə:
•    fortepiano və simli alətlər sinfi: 6–8 yaş
5 illik təhsil üzrə:
•  xalq çalğı, simli və nəfəs alətləri sinfi: 9–12 yaş
•  xanəndəlik və vokal 7–11 yaş
•  xoreoqrafiya: 6–10 yaş
4 illik təhsil üzrə:
•    rəssamlıq: 8–12 yaş

Vətəndaşlar qəbul şərtləri, yaş hədləri, imtahan meyarları və digər məlumatlarla Nazirliyin nculture.gov.az saytına daxil olaraq tanış ola bilərlər.
Keçid linki:
 https://nculture.gov.az/storage/pdf/allpdf/%C5%9Eagird%20q%C9%99bulu%20Qaydalar.pdf