Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2025-ci ilin altı ayının nəticələrinə dair müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikası Baş nazirinin sədrliyi ilə 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin yekunları və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyası muxtar respublikada da genişmiqyaslı islahatlarla müşayiət olunur. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi, yerli sənaye və kənd təsərrüfatının inkişafı, eləcə də sosial sahələrdə həyata keçirilən yeniliklər regionun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verməkdədir. 

Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovun, maliyyə naziri Həsən İsmayılovun, iqtisadiyyat naziri Kazım Hüseynəliyevin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Sahir Rüstəmovun və “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Rövşən Sadıxovun 2025-ci ilin I yarımili ilə bağlı məruzələri dinlənilib.

Görülən işlərin nəticələrini təhlil edən Naxçıvan Muxtar Respublikasının Baş naziri iqtisadi sabitliyin və sosial inkişafın təmin olunmasında əldə edilmiş göstəricilərin qorunub saxlanılması və daha da yaxşılaşdırılması məqsədilə qarşıdakı dövr üçün konkret hədəflərin müəyyənləşdirildiyini qeyd edib. O, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətini, əldə olunmuş nəticələrin və növbəti dövr üçün zəruri addımların atılmasının nəzarətdə saxlanılmasını, eyni zamanda büdcə intizamına ciddi riayət olunmasının və infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə aidiyyəti dövlət orqanlarına fəaliyyətin nəticəyönümlü təşkili və qarşıya qoyulan vəzifələrin icrasında operativliyin təmin olunması ilə bağlı göstərişlər verilib.