Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası ərazisindəki Xaraba Gilan şəhər yerində orta əsrlərə aid baş qala qapısı aşkar olunub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya iyunun 2-dən arxeoloji qazıntılara başlayıb
Ordubad rayonu ərazisindəki Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı Naxçıvanın orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib.
Tədqiqat zamanı abidənin içəri şəhər hissəsinə və Narınqalaya gedən yolları aşkar edilib. Müəyyən olunub ki, yolun eni 2,35 metrdir. Yolun giriş hissəsində üzəri gəclə suvanmış arko formalı tikili də tapılıb.
Eyni zamanda, yolun divarlarının gəclə suvandığı müəyyən edilib. Araşdırmalar zamanı yarımdairəvi tikililərə rast gəlinib. Bu tikililər abidənin özünəməxsus memarlıq üslubunda tikildiyini sübut edir.
Onu da qeyd edək ki, yarımdairəvi tikilinin uzunluğu 8 m-ə yaxın, hündürlüyü isə 1,5 metrdir.
Abidədə aparılan tədqiqat zamanı dördkünc planlı tikili qalıqları və otaqlar da aşkar olunub. Tikili qalıqların öyrənilməsi zamanı məlum olmuşdur ki, abidə XII-XIII əsrlərdə dağıntıya məruz qalıb, sonradan bəzi hissələri çiy kərpiclə bərpa edilib.
Qazıntılar zamanı orta əsrlər dövrünə aid şirəli və şirəsiz keramika məmulatları, heyvan sümüyünün qalıqları, 1 ədəd mis sikkə, znqov formalı metal əşya və s. aşkar olunub. Bu maddi mədəniyyət nümunələri insanların burada uzun müddət yaşadığını sübut edir.