Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən Muxtar Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən Muxtar Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə mədəniyyətimiz dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, sənət adamlarına, yaradıcı gənclərə, xüsusilə uşaqlara hər zaman xüsusi diqqət göstərilmişdir. Məhz bu siyasətin real nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında 26 musiqi təhsili müəssisəsi, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Uşaq Teatrı, həmçinin Kukla Teatrı uğurla fəaliyyət göstərir. Bu müəssisələr istedadlı uşaq və gənclərin bacarıqlarının üzə çıxarılmasına, onların yaradıcılıq potensialının inkişafına, milli mədəniyyətimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi İmamqulu Əhmədov bildirib ki, müsabiqənin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin ifaçılıq qabiliyyətlərinin aşkarlanması, onların yaradıcı potensialının inkişaf etdirilməsidir. Müsabiqə zamanı münsiflər heyəti tərəfindən ən uğurlu ifalar müəyyənləşdirib.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə həmçinin ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalında iştirak edərək yer tutan, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin şagirdləri və kollektivləri, eləcə də,“Konstitusiya və Suverenlik İli" çərçivəsində Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi”nin qalibləri də təltif ediliblər.
Sonda qalib şagirdlərin ifalarında konsert proqramı təqdim olunub.