Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq edilib.

Bununla bağlı nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov əmr imzalayıb. Tədbirlər Planında il ərzində konsert proqramlarının keçirilməsi, kitabxana və muzeylərdə Naxçıvan Muxtar Respublikası – 100 mövzusunda guşələrin yaradılması, mədəni kütləvi tədbirlərin keçirilməsi, musiqi, bədii və rəsm əsərlərindən ibarət sərgilərin və festivalların, müsabiqələrin, muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslərin keçirilməsi, 100 illik yubileyə həsr olunmuş hədiyyə və suvenirlərin hazırlanması nəzərdə tutulur.

Bundan başqa, Naxçıvan Muxtar Respublikaısnın 100 illik yubileyi ilə bağlı tamaşanın hazırlanması, nümayiş etdirilməsi, ölkənin rayonlarına və xarici ölkələrə qastrol səfərlərinin təşkili, “Naxçıvanın 100 mədəniyyət abidəsi” adlı albomun hazırlanması, “Folklor Festivalı”, bədii qiraət müsabiqəsi və digər tədbir­lərin həyata keçirilməsi də planlaşdırılır.

 Naxçıvanın 100 illiyi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər Planı təsdiq edilib