
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamına
uyğun olaraq hazırlamış tədbirlər planına əsasən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində “Naxçıvan Qədim Azərbaycan Diyarı-100” başlıqlı səyyar sərgi təşkil edilib.Sərgidə Naxçıvanın tarixinə, təbiətinə, iqtisadiyyatına və s. dair 100-dən çox çap məhsulu sərgilənib.Sərgi haqqında iştirakçılara məlumat verilib, həmçinin mütaliəyə marağın artırılması, kitabxanaya yeni oxucuların cəlb edilməsi üçün söhbətlər aparılıb.Sərgidə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları iştirak edib.
