
Yanvarın 8-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş gənclərlə iş sahəsində keçiriləcək silsilə tədbirlərin açılışı olub. Tədbiri Nazirliyinin Gənclər Birliklərinin sədri Jalə İbrahimova açaraq bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 iliyi tamam olur. Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.
Daha sonra Naxçıvana həsr olunmuş "Sübhdən başlanan həyat" filmi nümayiş etdirilib.