Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” ELAN EDİR

Müsabiqənin keçirilməsində əsas məqsəd “Konstitusiya və Suverenlik İli" çərçivəsində milli mədəniyyətin və incəsənətin, vətənpərvərlik hissləri aşılayan mahnıların təbliği, ifaçılıq üzrə istedadlı şəxslərin aşkara çıxarılması, peşəkar ifaçıların istedadlarının təbliğ edilməsi və aşkara çıxarılmış ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir.
 
Müsabiqədə iştirak etmək istəyənlər doldurulmuş ərizə-anketini 05 iyun 2025-ci il tarixdən 1 oktyabr 2025-ci il tarixədək Nazirliyin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinə təqdim etməli və ya at.informasiya@nculture.gov.az elektron poçtuna göndərməlidir. Şəxsiyyət vəsiqəsinin surəti anketə əlavə olunmalıdır. 
 
MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
- Müsabiqə iki yaş qrupu (12-19 yaş və 20 yaşdan yuxarı) üzrə 1 turdan ibarət olmaqla, 2025-ci ilin noyabr ayında Naxçıvan şəhərində keçiriləcəkdir.
- Yaş həddi müsabiqənin başlandığı gündən hesablanır.
- Müsabiqədə yaş qruplarına uyğun olaraq istedadı olan hər kəs iştirak edə bilər.
- Müsabiqədə ifa edilən mahnı (marş) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət və vətənpərvərlik mövzusunda olmalıdır.
- Müsabiqədə iştirakçılar fərdi və qrup şəklində çıxış edə bilərlər. Qrup şəklində çıxış edən ifaçılar bir iştirakçı kimi qəbul ediləcək və müsabiqədə fərdi ifaçılar üçün nəzərdə tutulan şərtlər onlara şamil olunacaqdır.
- Müsabiqədə hər bir iştirakçı 2 mahnı ifa etməlidir.
- Müsabiqədə ifalar canlı olmalıdır. Müşayiət canlı və ya minuslardan ibarət ola bilər. Müşayiəti iştirakçının özü təmin etməlidir.
- Müsabiqədə təhsil tələbi yoxdur.
- Müsabiqə iştirakçılarının ifaları Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem    
  üzrə gizli səsvermə yolu ilə qiymətləndirililməklə qaliblər və fərqlənənlər müəyyən ediləcəkdir.
- Müsabiqədə hər yaş qrupu üzrə bir I, bir II, bir III yer və həvəsləndirici yerlər müəyyən edilir.
 Müsabiqə qalibləri Nazirliyin diplomları və  aşağıdakı qaydada
hər iki yaş qrupu üzrə birinci yer      – 500 AZN
hər iki yaş qrupu üzrə ikinci yer      – 300 AZN
hər iki yaş qrupu üzrə üçüncü yer      – 200 AZN
pul mükafatı, fərqlənənlər Nazirliyin  fəxri fərmanları ilə təltif ediləcəkdir.
- Müsabiqə qaliblərinin və fərqlənən ifaçıların yekun konserti təşkil ediləcəkdir. Qaliblərin mükafatlandırılması yekun konsertində olacaqdır.
 
Ərizə anket nümunəsi endir: https://nculture.gov.az/anket.pdf