Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Heydər Əliyev həftəsi” elan olunub

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında  “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ilin son həftəsi (25-29 dekabr) “Heydər Əliyev həftəsi” elan olunub. Həftə ərzində Ulu öndərin mədəniyyətimiz qarşısındakı müstəsna xidmətlərinə  həsr olunmuş silsilə tədbirlər gerçəkləşəcək, tamaşa və film nümayiş olunacaq.

Belə ki, “Heydər Əliyev həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”, “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, “Ümummili Lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” baş tutacaq, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən  A.Babayevin “Xilaskar” tamaşası nümayiş olunacaq.

“Heydər Əliyev həftəsi” 29 dekabr tarixdə Ümummilli Liderə həsr olunmuş filmin nümayişi ilə yekunlaşacaq.