Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən görüş çərçivəsində ölkənin analoji qurumundakı müxtəlif fəaliyyət istiqamətləri üzrə inteqrasiya olunması barədə müzakirələr aparılıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin vahid komissiyası tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanları keçirilməsi görülən işlərin əsas prioritetlərindən biridir.
Əlavə olaraq İMES (İncəsənət məktəblərinin elektron sistemi) sisteminin təkmilləşdirilməsi musiqi təhsili müəssisələri, məktəbdə tədris aparan müəllimlər və təhsil alan şagirdlər barədə məlumatların vahid bazada yerləşdirilməsi, məlumatların əlçatanlığını təmin edib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yaradıcı Mərkəzin fəaliyyətinin Muxtar Respublikada da təmin edilməsi istiqamətində işlərə başlanılması planlaşdırılır.
Bundan basqa Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçiriləcək attestasiya barədə qarşılıqlı fikir mübadilələri aparılıb, ölkə təcrübəsinin Muxtar Respublikada tətbiqi müzakirə olunub.