Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Bakı şəhərinə ezam olunub

Nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ezamiyyədə olub.
Ezamiyyə zamanı daşınmaz tarix və mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, inventarlaşdırılması və pasportlaşdırılması eləcə də, abidələrin icarəyə verilməsi, o cümlədən abidələr üzərində təmir və bərpa işlərinin aparılması ilə bağlı təcrübə ilə yaxından tanış olmaqla yanaşı, Bakı şəhərində yerləşən Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilmiş və yeni aşkarlanmış toxuculuq fabrikinin və ona aid digər binaların müəyyənləşdirilməsi və inventarizasiyası üçün baxış keçirilməsi mərhələsində iştirak edib.