Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib.

Kollegiyada Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Naxçıvan şəhər, Babək, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Culfa və Ordubad rayon MKS-lərdə “Rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin mərkəzi kitabxanalarında uçot işinin təşkili, mövcud vəziyyət və çatışmazlıqlar” ilə bağlı aparılan yoxlamanın nəticələrini təhlil edib.
Kollegiyada çıxış edən Nazirlik Aparatının əməkdaşı Aygün Heydərli yoxlama barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, kataloq sisteminin standartlaşdırılması ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanası tərəfindən kartoçkaların yazılışı ilə bağlı vahid metodiki vəsait hazırlanmalı, bütün MKS-lərə çatdırılmalı və bu istiqamətdə metodik nəzarət gücləndirilməlidir. Metodiki məktubların, sorğu kitablarının və qeyd dəftərlərinin nümunəvi formada rəsmiləşdirilməsi təmin olunmalıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Nazirliyə tabe və Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatların fəaliyyətinin günün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər davam etdirilir.