
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar “Naxçıvan Qədim Azərbaycan Diyarı – 100” başlıqlı sərgi təşkil edilib.
Sərgidə Naxçıvan Muxtar Respublikasının etnik-siyasi tarixinə, mədəni quruculuğuna, iqtisadi həyatına, coğrafiyasına, arxeologiyasına, elmi, ədəbi və mədəni mühitinə, təhsilinə, səhiyyəsinə, folkloruna, etnoqrafiyasına, fiziki-coğrafi obyektlərinə, geoloji quruluşuna, yeraltı və yerüstü təbii sərvətlərinə, mənəvi inanc yeri olan ziyarətgahlarına, təbiətinə, flora, fauna, bitki örtüyünün müxtəlifliyinə və s. həsr edilmiş Azərbaycan və xarici dillərdə 100 nüsxə kitab nümayiş edilir.