
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin tutulması məqsədi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2023-cü il tarixdə ümumi müsahibə elanı verilib. Sənəd qəbulu 22 dekabr 2023-cü il tarixinədək davam edəcəkdir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530 linkinə daxil ola bilərlər.
Elan üzrə sənəd qəbulunu Dövlət İmtahan Mərkəzi internet portalı vasitəsilə elektron qaydada həyata keçirir.