Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan şəhərində də 18 abidənin pasportu hazırlanacaq

Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin əməkdaşları Naxçıvan Muxtar Respublikası ərazisində 50 abidənin pasportunu hazırlayırlar. Bu abidələr Kəngərli, Ordubad və Culfa rayonlarında yerləşən tarix-mədəniyyət nümunələrini əhatə edir. Eyni zamanda Naxçıvan şəhərində də 18 abidənin pasportu hazırlanacaq. Bu abidələrə Möminə xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi, Cümə məscidi, İmamzadə kompleksi, Buzxana və digər tarixi abidələr daxildir”.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin böyük mütəxəssis-memarı Sevil Əmiraslanova deyib. O bildirib ki, 2005-ci ildə abidələrin pasportlaşdırılması üzrə nümunə təsdiq edilib və yeni pasportlarda abidələr haqqında daha ətraflı məlumatların toplanması nəzərdə tutulur: “Hazırda Möminə xatun türbəsində ölçü-planlama işləri aparılır. Pasportlaşdırma zamanı abidənin ölçü göstəriciləri, tarixi haqqında məlumat, memarlıq təhlili, arxiv materialları, müxtəlif dövrlərdə aparılmış dəyişikliklər, texniki müayinə və vizual baxış aktları hazırlanır. Abidənin mövcud vəziyyəti qiymətləndirilir və qüsurların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülür. Eyni zamanda ədəbiyyat siyahısı və mühafizə zonası barədə qeydlər pasporta daxil edilir. Abidənin qeydiyyat vərəqi də tərtib olunur və pasportlaşdırma prosesindən sonra obyektə dair gələcək bərpa, müayinə və ölçü işləri ilə bağlı bütün məlumatlar həmin vərəqdə öz əksini tapır”.
Sevil Əmiraslanova qeyd edib ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Azərbaycanın digər bölgələrində də abidələrin pasportlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək və bütün abidələr dövlət qeydiyyatına alınacaq.