Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan şəhərində “Hüquq səhnəsi” - “Qanunun səsi susmaz” adlı teatr tamaşası nümayiş olunub.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq Naxçıvan şəhəri, Əyləncə adasında “Hüquq səhnəsi” - “Qanunun səsi susmaz” adlı teatr tamaşası nümayiş olunub.
Tədbirdə əvvəlcə Naxçıvan Televiziyası tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq hazırlanmış videoçarx nümayiş olunub. Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən hazırlanmış teatr tamaşası izlənilib. Tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Dövlət Uşaq Teatrı və “Cahan Holding”in əməkdaşlığı ilə keçirilən tədbirin sonunda tamaşada fəal iştirak edən teatrımızın kollektivi təşkilatçılar tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar.