Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan şəhərində "Konstitusiya və Suverenlik İli" çərçivəsində solo konsert keçirilib.

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin kamança ixtisası üzrə V sinif şagirdi Tükəz Rəhimovanın solo konserti keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Ceyhun Suleymanlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim olunub.
Qeyd edək ki solo konserti keçirilən istedadlı gənc 35 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan kamança müəllimi Təranə Rəhimovanın yetirməsidir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən gənc istedadların üzə çıxarılması və onların inkişafına göstərilən diqqət bu konsert proqramında da öz əksini tapıb.