Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib

Dekabrın 6-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Dönüşüm” mövzulu 11-ci Beynəlxalq İzmir Teatr Festivalında iştirak edib. 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən təşkil edilən festival çərçivəsində yaradıcı heyət teatrın baş rejissoru MirQabil Əkbərovun quruluş verdiyi “Edama məhkumun son günü” tamaşası ilə İzmir Mədəniyyət parkında qardaş ölkənin sənətsevərlərinin qarşısına çıxıb. Festivalda Azərbaycanla yanaşı İran, Serbiya kimi ölkələr və Türkiyənin müxtəlif şəhərləri təmsil olunub. 

“Edama məhkumun son günü” tamaşasında rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, həmçinin gənc səhnə ustaları Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edir. Psixoloji dram janrında olan səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı isə Lamiyə Əliyevadır. 

Tamaşada edama məhkum edilmiş bir atanın ölümü gözləyərkən keçirdiyi hisslər, sarsıntılar əks olunur.  

Festival çərçivəsində, ümumilikdə 26 tamaşa nümayiş olunacaq.