Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Teatrı “Qonaq Teatr” layihəsi çərçivəsində Bakıda tamaşa nümayiş etdirib

     Noyabrın 20-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq Teatr” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi Bakı şəhərində tamaşa nümayiş etdirib.

Kollektiv fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə  Azərbaycan Teatr Xadimləri İttifaqını  səhnəsində sənətsevərlərin qarşısına çıxıb.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Səhnə əsərində rolları  Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev  ifa edir.

Tamaşa bakılı sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

 Tamaşadan sonra Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibəti ilə təbrik edib. Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illik yubileyi münasibətilə Naxçıvan Teatrı, «Edama məhkumun son günü» tamaşasının uğurlu quruluşuna görə Mir Qabil  Əkbərov və 65 illik yubileyinə görə rəssam Səyyad Bayramov Fəxri Fərmanla təltif edilib.