
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə I Türksoy Beynəlxalq Teatr Festivalı çərçivəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı oktyabrın 30-da, saat 18:00-da Sumqayıt Dövlət Milli Dram Teatrının səhnəsində Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşasını nümayiş etdirəcək. Oktyabrın 31-də, saat 19:00-da isə yaradıcı heyət eyniadlı tamaşa ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərin qarşısına çıxacaq.
Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.
Psixoloji dram janrında olan tamaşada rolları Naxçıvan Muxtar Respublikanın Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirlər.
