Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan teatrında “Ölülər” tamaşası təqdim edilib

Aprelin 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası təqdim edilib.
Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyinə həsr olunmuş tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri izləyiblər.
Teatrın direktoru Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə həllinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlidir. "Ölülər”in rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev həm də “Şeyx Nəsrullah” rolunu ifa edib. Əsas rollardan olan “Kefli İsgəndər”i isə istedadlı aktyor Məmməd Mehdiyev canlandırıb. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Yasəmən Ramazanova, Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov, Behruz Haxverdiyev, eləcə də kollektivin təcrübəli və gənc üzvləri də yeni və orijinal quruluşda təqdim olunan tamaşada yer alıblar.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada mədəni sahənin, eləcə də teatrın da müasir tələblər əsasında inkişafına şərait yaradıb. Naxçıvan Dövlət Milli Teatrının binasında təmir işləri aparılıb, teatrın səhnəsində bir sıra yeniliklər olunub, işqılandırma sistemi və səs akustikası daha da təkmilləşdirilib. Teatrın kollektivi peşəkar kadr və istedadlı aktyorlarla komplektləşdirilib. Bunun nəticəsidir ki, hazırlanan tamaşalar daha uğurlu səhnə həlli ilə tamaşaçıların diqqətini cəlb edir.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli tamaşa bitdikdən sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb, tamaşa ilə bağlı xoş təəssüratlarını dilə gətirib.